İranın neft emalı zavodunda yanğın söndürülüb
İran mediasının yaydığı son məlumata görə, Lorestan əyalətinin Pol-Doxtar bölgəsindəki "Oxin Palayesh" neft emalı zavodunda baş verən güclü yanğın lokallaşdırılaraq söndürülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Alovun zavodun əsas infrastrukturu və neft çənlərinə keçməsinin qarşısı alınıb.
"Yanğın yalnız tullantı yağlarının saxlanıldığı sahə ilə məhdudlaşıb", - məlumatda bildirilib.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, lakin zavoda ciddi maddi ziyan dəyib. İlkin ehtimallara görə, yanğına xammal sahəsindəki ehtiyatsızlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
İranın Lorestan vilayətinin Pol-Doxtar şəhərində neft emalı zavodunda yanğın qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, alovun qarşısı alınmayıb.
İlkin məlumatlara görə, yanğın xammal sexində baş verib. Səbəb kimi səhlənkarlıq versiyası istisna edilmir:
"Yanğının söndürülməsi işləri davam edir".
Oxşar xəbərlər
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib
Venesuelada baş vermiş güclü zəlzələ qurbanlarının sayı artaraq 4 118 nəfərə çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikasının...