İranın ABŞ-yə qarşı "gizli gücü" - SEPAH generalı hansı mesajı verdi?
Yeniliklərdən dərhal xəbərdar olun
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, briqada generalı Hüseyn Məhəmmədi ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə İranın daha güclü silahlardan istifadə etməyə hazır olduğunu bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, general bu barədə açıqlama verib.
"Hazırda SEPAH raketlərinə quraşdırılmış döyüş başlıqlarının dağıdıcı gücü indiyədək hərbi əməliyyatlarda istifadə olunanlardan dəfələrlə böyükdür. Əgər müharibə başlasa, bizim silahlarımız hər baxımdan əvvəlkilərdən tamamilə fərqlənəcək", - deyə general bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İran haqqında danışarkən vəziyyətin ya çox yaxşı olacağını, ya da hazırkı kimi qalacağını bəyan edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...