İrandan Hörmüz boğazı ilə bağlı YENİLİK
Yeniliklərdən dərhal xəbərdar olun
İran Hörmüz boğazından gəmilərin keçidi üçün yeni mexanizmin tətbiq olunduğunu elan edib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, İran hakimiyyəti Hörmüz boğazından gəmilərin keçidi üçün yeni bir sistemin yaradıldığını və tətbiq olunduğunu elan edib. Bu barədə İslam Respublikasının dövlət televiziyası məlumat yayıb.
Belə ki, Hörmüz boğazından keçmək niyyətində olan gəmilər İran hakimiyyət orqanlarına məlumat verdikdən sonra onlardan boğazdan hərəkət qaydaları haqqında məlumatı ehtiva edən elektron mesaj almalıdırlar.
İran tərəfinin yeni qaydalarını qəbul etdikdən sonra gəmilər Hörmüz boğazından keçmək üçün tranzit icazəsi alırlar.
Qeyd olunur ki, bu cür icazələr yeni dövlət orqanı tərəfindən veriləcək.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...