İrandan ABŞ-yə sərt xəbərdarlıq: Daha ağır cavabla üzləşəcəksiniz
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ilə İran arasında imzalanan anlaşmadan sonra Tehran Vaşinqtona sərt xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin anlaşmanın şərtlərini pozacağı və ya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə İranın qəti və sarsıdıcı cavab verəcəyini bildirib.
Qalibaf sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, İran dövlət qurumlarının əsas vəzifəsi anlaşmanın bütün bəndlərinin tam icrasını təmin etməkdir.
"Əgər qarşı tərəf verdiyi sözə əməl etməsə, anlaşmanı pozsa və ya həddindən artıq tələblər irəli sürsə, düşmənə sarsıdıcı cavab verməkdən çəkinməyəcəyik. Müharibə zamanı bir dəfə zərbə aldılar. Eyni yolu yenidən seçsələr, bu dəfə daha ağır zərbə ilə üzləşəcəklər", - deyə o vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran arasında əldə olunan razılaşma yekun saziş üzrə danışıqların davam etdirilməsi üçün 60 günlük yeni mərhələni nəzərdə tutur.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...