İranda yeni dalğa: Hədəf kimdir?
İran hakimiyyəti ölkədə ikinci repressiya dalğasına başlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, bu dəfə hökumətin siyasət kursu ilə razılaşmayan və etirazlar zamanı təhlükəsizlik qüvvələrinin hərəkətlərini tənqid edən siyasi fəallar və islahatçı qüvvələr hədəf alınıb.
Bildirilir ki, bir sıra partiyaları birləşdirən "İslahat cəbhəsi" rəhbərliyinin üzvü və keçmiş deputat İbrahim Əsgərzadə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatı tərəfindən saxlanılıb. Onun həbsi birbaşa onlayn konfrans zamanı - canlı efirdə baş verib.
Tehran prokurorluğunun bəyanatına görə, saxlanılanlar yanvar etirazları zamanı "terror aktlarını təşviq etməkdə", ölkənin daxili təhlükəsizliyini sarsıtmaqda, eləcə də KİV və sosial şəbəkələrdə aktivlik olmaqda ittiham olunurlar.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...