İranda yeni ali liderlə bağlı razılıq əldə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
İranda yeni ali liderin müəyyənləşməsi ilə bağlı mühüm mərhələ başa çatıb.
BAKU.WS "Mehr"ə istinadən xəbər verir ki, ölkənin ali rəhbərinin seçilməsi məsələsində İran Ekspertlər Şurası daxilində ümumi razılıq formalaşıb.
Məlumatı Şuranın üzvlərindən biri – Məhəmməd-Mehdi Mirbaqeri İran mediasına açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, qurumun üzvləri son günlər intensiv müzakirələr apararaq yeni ali dini liderin müəyyən edilməsi istiqamətində mühüm irəliləyiş əldə ediblər.
Mirbaqeri qeyd edib ki, şura üzvlərinin böyük əksəriyyətinin dəstəklədiyi vahid mövqe formalaşıb. Bununla belə, rəsmi açıqlamadan əvvəl həllini gözləyən bəzi prosedur məsələlərinin qaldığını da vurğulayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...