İranda üç günlük matəm elan olunub
Yeniliklərdən dərhal xəbərdar olun
İranda baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin çoxsaylı əməkdaşının həlak olması ilə əlaqədar ölkədə üç gün müddətinə milli matəm elan edilib.
BAKU.WS-inn "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub.
Rəsmi açıqlamada bildirilir ki, İran Prezidenti və hökumət üzvləri həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verərək, şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq matəm tədbirlərinə qatılacaq. Eyni zamanda, İran xalqı bazar ertəsi günü keçiriləcək milli müqavimət yürüşündə iştirak etməyə çağırılıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...