İranda tanınmış rejissor həbs edildi
05
iyn
2026
00:00
İranın təhlükəsizlik qüvvələri tanınmış rejissor və ictimai fəal Səmira Novruz Nasirini həbs ediblər.
BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə rejissorun yaxınları məlumat yayıblar.
Məlumata görə, iyunun 1-də ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları rejissorun evinə basqın edib, axtarış aparıb və ona məxsus mobil telefonla kompüteri müsadirə ediblər.
Səmira Novruz Nasirinin həbs olunma səbəbi və hazırda harada saxlanıldığı barədə rəsmi məlumat verilməyib.
Oxşar xəbərlər
İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil
İran zənginləşdirilmiş urandan imtina etməyəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X"...