İranda qalan ispan futbolçular Türkiyəyə hərəkət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İranda yaşanan gərginlik səbəbindən üç ispan futbolçu Antonio Adan, Munir El Haddadi və Ivan Sanchez ölkəni tərk etmək məcburiyyətində qalıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Adan artıq İspaniyaya çatıb, lakin Munir və Sançes təyyarə reyslərinin ləğv olunması səbəbindən avtomobillə Türkiyə sərhədinə doğru yola düşüblər. Futbolçular daha təhlükəsiz əraziyə çataraq sonrakı səfərlərini oradan davam etdirməyi planlaşdırır.
Həmçinin, Persepolis klubunun ispan məşqçiləri də uçuşların dayandırılması səbəbindən ölkədən çıxmaqda çətinlik çəkir və təxliyə üçün İspaniya səfirliyi ilə əlaqə saxlamalıdırlar.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...