İranda "Mossad"la əlaqədə ittiham olunan iki nəfər edam edilib
20
apr
2026
09:52
İranda İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əlaqədə ittiham olunan iki nəfər barəsində ölüm hökmü icra edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, həmin şəxslər xaricdə xüsusi hazırlıq keçdikdən sonra "Mossad"la əlaqəli casus şəbəkəsinin tərkibində fəaliyyət göstərməkdə təqsirli biliniblər. İran tərəfi onların ölkə ərazisində təxribat planları qurduğunu iddia edib.
Bildirilir ki, hökm İranın ali məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.
Oxşar xəbərlər
ABŞ-də iranlı qadın silah alveri ittihamı ilə saxlanılıb
ABŞ-də iranlı qadın milyonlarla dollarlıq silah ticarətində ittiham olunaraq saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Məlumata görə...