İranda küçədə qadın etirazçıya hücumun GÖRÜNTÜLƏRİ YAYILDI
İranda yanvarın 8-də çəkildiyi ehtimal edilən videogörüntü ölkədə etirazçılara qarşı tətbiq edilən zorakılığın miqyası ilə bağlı yenidən suallar doğurur. Sosial şəbəkələrdə yayılan bu görüntülərdə repressiv qüvvələrin müdafiəsiz qadın etirazçıya vəhşicəsinə hücum etdiyi kadrlar əks olunub.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Videoda qadın heç bir təhlükə yaratmadığı halda ona qarşı açıq şəkildə zorakılıq tətbiq edildiyi görünür. Şahidlərin sözlərinə görə, hücum tez bir zamanda baş verib və ətrafdakıların müdaxilə etməsi üçün heç bir fürsət qalmayıb.
Kadrlar bir daha nümayişçilərə qarşı zorakılığın fərdi deyil, sistemli və mütəşəkkil xarakter daşıdığını göstərir. İnsan haqları fəalları bəyan edirlər ki, qadınlara qarşı bu cür davranış insan haqlarının ciddi şəkildə pozulması deməkdir və beynəlxalq ictimaiyyəti səssiz qalmamağa çağırır.
Oxşar xəbərlər
İsrailin Baş naziri Netanyahu ölüm xəbərlərini təkzib edib
İsrailin Baş naziri Benyamin Netanyahu onun guya öldüyü barədə yayılan şayiələrə münasibət bildirib. Oxu.Az xəbər verir ki, baş nazir sosial şəbəkələrdə yayılan...