İranda internet 72 saatdan çoxdur ki, işləmir
İranda internet 72 saatdan çoxdur ki, tamamilə kəsilib.
BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" sosial mediada bildirib.
Qeyd edilib ki, İranda artıq 72 saatdır ki, internet yoxdur.
"İranda internetin kəsilməsi dördüncü gününə qədəm qoyub və hökumət məhdudiyyətləri 72 saatdan çox müddətə tətbiq olunub" -deyə məlumatda bildirilib.
Ötən gün İranda BƏƏ banklarının xidmətlərində fasilələr yaranıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı "qabaqlayıcı" hücumlar elan edib.
Ağ Ev İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan edərək , bunun "yaxınlaşan təhlükəni aradan qaldırmaqla Amerika xalqını qorumağa" yönəldiyini vurğulayıb.
Oxşar xəbərlər
Varşavada İkinci Dünya müharibəsindən qalan döyüş sursatları tapıldı: 4 000 nəfər təxliyə edildi
Polşanın paytaxtı Varşavanın mərkəzində tikinti işləri zamanı İkinci Dünya müharibəsi dövrünə aid dörd ədəd döyüş sursatı aşkarlandıqdan sonra təxminən 4 000 nə...