İranda Güney Azərbaycanın futbol komandasının oyunçuları hücuma məruz qalıblar
15
fev
2025
11:10
İranın Əhvaz şəhərində Güney Azərbaycanın "Nəvəd Urmiya" və Xuzistanın "Folad Novin" futbol komandaları arasında keçirilən oyunda gərgin anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, komandalar arasındakı qarşılaşma bitdikdən sonra "Nəvəd Urmiya" oyunçuları və məşqçi heyəti digər komandanın azarkeşlərinin gözyaşardıcı qazla hücumuna məruz qalıblar.
Qeyd edək ki, daha öncə Urmiyanın voleybol komandasının və "Traktor" futbol klubunun oyunçuları da eyni hadisə ilə üzləşiblər.
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. BAKU.WS "Haber Global"a is...