İranda casusluqda şübhəli bilinən 30 nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran hakimiyyəti Həmədan, Loristan və Kirman əyalətlərində İsrail və ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən 30 nəfərin saxlanıldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən yayıb.
Bildirilib ki, saxlanılanlardan 24 nəfər Həmədan əyalətində yerləşən hərbi, hüquq-mühafizə və digər güc strukturlarına aid obyektlərin koordinatlarını, eləcə də mühafizəçilərin və hərbi texnikanın yerləşdiyi məkanları qarşı tərəfə ötürməkdə şübhəli bilinir.
Loristan əyalətində 4 nəfərin məlumat topladığı, daha 2 nəfərin isə Kirman əyalətində silah keçirməyə cəhd etdiyi qeyd olunub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...