İranda ABŞ senatoru Lindsi Qrahamın ölüm xəbəri efirdə sevinclə qarşılanıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin respublikaçı senatoru Lindsi Qrahamın vəfatı ilə bağlı xəbərin İran dövlət televiziyasında sevinclə təqdim olunması diqqət çəkib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bəzi televiziya aparıcıları senatorun ölümünü efirdə "xoş xəbər" kimi təqdim ediblər.
Aparıcılardan biri xəbəri təqdim edərkən, "İranın düşməni Lindsi Qraham öldü. Bu xəbər o qədər yaxşıdır ki, onu iki dəfə oxumaq istəyirəm" ifadələrini işlədib. O, həmçinin bildirib ki, Lindsi Qraham ABŞ Konqresində İran əleyhinə ən sərt mövqeyi ilə seçilən siyasətçilərdən biri olub və ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi addımlarını dəstəkləyib.
Digər aparıcı isə senatorun ölümünü "Böyük İran xalqına mübarək olsun" sözləri ilə şərh edərək, onun İran əleyhinə siyasət yürüdən fiqurlardan biri olduğunu vurğulayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...