İranda 466 nəfər onlayn fəaliyyətə görə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran polisi milli təhlükəsizliyə təhdid yaradan onlayn fəaliyyətlərdə şübhəli bilinən 466 nəfərin saxlanıldığını açıqlayıb.
BAKU.WS-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın dövlət KİV-i məlumat yayıb.
Bildirilib ki, bu əməliyyat İrana qarşı son hərbi proseslərin başlanmasından sonra təhlükəsizlik sahəsində həyata keçirilən ən genişmiqyaslı addımlardan biri hesab olunur.
Məlumata əsasən, təkcə mart ayında ölkədə 1000-dən çox şəxs saxlanılıb. Onların müxtəlif obyektlərin çəkilişini aparmaqda, sosial şəbəkələrdə hökumət əleyhinə paylaşımlar etməkdə və "düşmənlə əməkdaşlıq"da ittiham olunduğu qeyd edilir.
Polis açıqlamasında saxlanılan şəxslərin ölkə daxilində vəziyyəti gərginləşdirməyə çalışan "düşmən şəbəkələri" ilə əlaqəli olduğu vurğulanıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...