İranda 2025-ci ildə edamların sayı artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə İran həbsxanalarında ən azı 1922 nəfər edam edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu statistika edamların 2024-cü illə müqayisədə 106 faiz artdığını göstərir.
Məlumata görə, 10 nəfər ictimaiyyətin gözü qarşısında edam edilib.
Bu statistika 2025-ci il 1 yanvar - 2025-ci il 20 dekabr (29 azar 1404) dövrünü əhatə edir. İllik hesabat İranda insan hüquqları vəziyyəti ilə bağlı 10,826 məlumatın toplanması, təhlili və sənədləşdirilməsi əsasında hazırlanıb.
Bu müddət ərzində edam edilənlərdən əlavə, ölkənin məhkəmə sistemi tərəfindən 168 nəfər ölüm cəzasına məhkum edilib.
Edam olunanların 1681 nəfəri və ya 87 faiz kişi, ən azı 59 nəfər, yəni üç faizi qadındır. Edam edilənlərin 10 faizinin cinsiyyəti barədə məlumat yoxdur. Bundan əlavə, yetkinlik yaşına çatmayan iki nəfər cinayətkar edam edilib.
2025-ci ildə İranda edam edilənlərin 47,55%-i "qətl", 46,10%-i isə "narkotik" ittihamı ilə edam olunub.
Oxşar xəbərlər
Antalyada güclü leysan yağışları selə səbəb oldu
Antalyada güclü leysan yağışları nəticəsində sel yaranıb. BAKU.WS xəbər verir ki, xüsusilə Demre rayonunda təsirini artıran sərt hava şəraiti əhaliyə və təsərr...