İrana qarşı əməliyyatda 290 ABŞ hərbçisi yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ABŞ ordusunun təxminən 290 hərbçisi yaralanıb.
BAKU.WS-in məlumatına görə, bu barədə CNN ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının nümayəndəsinə istinadən xəbər yayıb.
Bildirilib ki, yaralanan hərbçilərdən 255-i artıq xidmətə qayıdıb. Onlardan 10-nun vəziyyətinin ağır olduğu qeyd olunur.
Daha əvvəl yayılan məlumatlarda isə əməliyyatlar zamanı 200 hərbçinin yaralandığı, 13 nəfərin həlak olduğu bildirilmişdi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələrinə cavab olaraq İran İsrail ərazisinə raketlər buraxıb, həmçinin Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib.
Regionda artan gərginlik səbəbindən bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali lideri Əli Xameneinin zərbələr nəticəsində öldürüldüyü bildirilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...