İran yanacaq böhranı ilə mübarizədə Hindistana yardım edib
İran 2019-cu ilin mayından sonra ilk dəfə olaraq Hindistana 600 min barrel neft daşıyan tanker göndərib.
BAKU.WS xəbər verir ki, bu addım ABŞ sanksiyalarından sonra iki ölkə arasında birbaşa neft tədarükünün bərpası baxımından mühüm hadisə hesab olunur.
Hindistan 2019-cu ildən etibarən İran neftinin idxalını dayandırmışdı və o vaxtdan ölkə limanlarına bu istiqamətdən birbaşa tanker daxil olmamışdı. Lakin Yaxın Şərqdən xammal tədarükündə yaranan ciddi fasilələr Hindistanın enerji şirkətlərini mövqelərini yenidən nəzərdən keçirməyə məcbur edib.
Hazırda 600 min barrel neft daşıyan İran tankeri Hindistanın Vadinar limanına doğru hərəkət edir.
Qeyd olunur ki, Hörmüz boğazında gəmiçiliyin pozulması Hindistana ciddi təsir göstərib. Ölkə bu marşrut vasitəsilə Yaxın Şərqdən enerji resurslarından böyük ölçüdə asılı idi.
Tədarükdəki problemlər nəticəsində məişətdə istifadə olunan maye qazın çatışmazlığı yaranıb. Bu vəziyyət restoran və otel sektoruna da mənfi təsir göstərib, hətta krematoriyaların fəaliyyətini çətinləşdirib.
Oxşar xəbərlər
Bu ölkədə şirkət rəhbəri işçilərinin kirayə xərcini ömürlük boynuna götürüb
Cənubi Koreyada bir şirkət rəhbəri əməkdaşlarının kirayə xərclərini ömürlük ödəməyi planlaşdırır. BAKU.WS xəbər verir ki, "Viva Republica" şirkətinin rəhbəri (T...