İran XİN: ABŞ ilə razılaşmaya mümkün qədər tez nail olmaq olar

İran XİN: ABŞ ilə razılaşmaya mümkün qədər tez nail olmaq olar
Dünya 20

İran ABŞ ilə nüvə razılaşmasına mümkün qədər tez nail olmaq istəyir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi ABŞ-nin NPR radiosuna müsahibədə deyib.

"Biz danışıqlar otağına səmimiyyət və xoş niyyətlə daxil olacağıq," - Məcid Taxt-Ravançi bildirib və bu yanaşmanın qarşılıqlı olacağına ümid etdiyini əlavə edib:

"Əgər bütün tərəflərdə siyasi iradə varsa, inanıram ki, razılaşmaya mümkün qədər tez nail olmaq olar".

O, növbəti Cenevrə danışıqlarında yeganə müzakirə mövzusunun nüvə məsələsi olsuğunu da vurğulayıb.

Son xəbərlər