İran XİN: "ABŞ ilə ən qısa zamanda razılığa gəlməyə hazırıq"
"Mümkün qədər tez bir zamanda razılığa gəlməyə hazırıq. Bunun baş verməsi üçün lazım olan hər şeyi edəcəyik".
BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtrəvançi deyib.
"Cenevrədəki danışıqlar otağına tam dürüstlük və xoşməramlılıqla daxil olacağıq. Ümid edirik ki, bu xoşməramlılıq və müsbət yanaşma amerikalılar tərəfindən adekvat qarşılanacaq. İrana qarşı hücum və ya təcavüz olarsa, müdafiə planımıza uyğun olaraq cavab verəcəyik.
ABŞ-nin İrana hücumu əsl qumardır. Hər kəs bilməlidir ki, müharibəyə başlamaq mümkündür, amma onu bitirmək asan deyil", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...