İran Xarici İşlər Nazirliyi qonşu ölkələrə müraciət edib
İran qonşu dövlətlərdən ABŞ-nin onların ərazilərindən hərbi məqsədlərlə istifadə etməsinə icazə verməmələrini istəyib.
BAKU.WS xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.
"Biz qonşularımızdan ABŞ-nin onların ərazilərindən sui-istifadə etməsinə icazə verməmələrini xahiş etmişik", - deyə diplomat qeyd edib.
Baqai bildirib ki, ABŞ ordusu İran kimi suveren bir dövlətə hücum edib və nəticədə ölkənin ali dini lideri Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi komandirlər öldürülüb. Onun sözlərinə görə, Tehran bu hadisəni "dəhşətli təcavüz" kimi qiymətləndirir və belə bir addım cavabsız qala bilməzdi.
Oxşar xəbərlər
Tramp Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib
ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsi İranla bağlı mövqeyinə görə tənqid edib, eyni zamanda Berlinin iqtisadi və digər problemlərində ölk...