İran Prezidenti: İslam dövlətləri arasında sərhədə nəzarət ləğv edilsin
İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətlər arasında Şengen zonasının anologiyası kimi sərhədə nəzarətin ləğv edilməsini təklif edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian İraqa səfəri zamanı bildirib.
Onun sözlərinə görə, bu xarici sanksiyaların neytrallaşdırılmasına imkan verər.
İranla İraq arasında əməkdaşlıqdan danışan Məsud Pezeşkian siyasi, iqtisadi, mədəni və sosial sahədə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmaq məqsədi ilə xüsusi komissiya yaratmağa çağırıb.
İraq Prezidenti ƏbdülLətif Rəşid iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacib olması ilə razılaşdığını bildirib. O, iki ölkə arasında ticarət əməliyyatında hesablaşmada ABŞ dollarından imtina etməyə çağırıb.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...