İran ordusu ABŞ-nin daha bir PUA-sını vurduğunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bölgədə davam edən hərbi gərginlik fonunda ABŞ-yə məxsus daha bir "MQ-9 Reaper" pilotsuz uçuş aparatının vurulduğu bildirilir.
BAKU.WS xəbər verir ki, İran hərbçiləri stasionar hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılmasından sonra daşınan zenit-raket komplekslərindən (PZRK) daha fəal istifadə etməyə başlayıblar.
Bildirilir ki, məhz bu mobil sistemlər vasitəsilə azı 20 ədəd İsrail istehsalı "Hermes" tipli PUA və iki ədəd ABŞ-yə məxsus "MQ-9 Reaper" zərərsizləşdirilib.
"MQ-9 Reaper" ABŞ istehsalı uzunmənzilli zərbə və kəşfiyyat pilotsuz aparatı hesab olunur və müxtəlif əməliyyatlarda geniş istifadə edilir. İsrailin "Elbit Systems" şirkəti tərəfindən istehsal olunan "Hermes" PUA-ları da regionda aktiv tətbiq edilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...