İran nümayəndə heyəti ABŞ tərəfi ilə birgə foto çəkdirməkdən imtina etdi
İsveçrədə keçirilən ABŞ-İran danışıqları çərçivəsində İran nümayəndə heyəti amerikalı rəsmilərlə birgə foto çəkdirmək və əlsıxma mərasimində iştirak etməkdən imtina edib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, görüşün təşkilatçıları və ABŞ nümayəndə heyəti danışıqlar başlamazdan əvvəl tərəflərin iştirakı ilə protokol xarakterli əlsıxma mərasimi və birgə fotosessiya keçirməyi planlaşdırıblar. Lakin İran tərəfi bu təşəbbüsü qəbul etməyib.
Mənbənin bildirdiyinə görə, İran nümayəndələrinin iştirakdan imtina etməsindən sonra canlı yayım və foto çəkilişi yalnız digər iştirakçıların iştirakı ilə baş tutub.
Bundan sonra İran nümayəndə heyəti danışıqların keçirildiyi zala daxil olaraq müzakirələrə qoşulub.
Qeyd olunur ki, Tehran bu addımı danışıqlar prosesinin siyasi və diplomatik məzmununa üstünlük vermək məqsədilə atıb.
Oxşar xəbərlər
Rusiya deputatı Zelenskiyə 60 günlük atəşkəs əvəzinə kapitulyasiya təklif edib
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Krasov Ukrayna Prezidenti Volodimir Zelenskiyə 60 günlük atəşkəs tələb etmək əvəzinə kapitulyasiya aktı...