İran Kiprdəki Britaniya bazalarını raket atəşinə tutdu
Böyük Britaniyanın müdafiə naziri Con Hili İranın Bəhreyn ərazisində yerləşən hərbi obyektə endirdiyi zərbə zamanı britaniyalı hərbçilərin də risk altında qaldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, nazir BBC-yə müsahibəsində bildirib ki, hücumun baş verdiyi bazada 300 britaniyalı hərbçi xidmət edir. Onun sözlərinə görə, şəxsi heyətin bir hissəsi partlayış nöqtəsindən cəmi bir neçə yüz metr məsafədə olub.
Con Hili əlavə edib ki, İran tərəfindən Kipr istiqamətində iki ballistik raket buraxılıb. O, hadisələrin regionda təhlükəsizlik riskini artırdığını vurğulayıb.
Qeyd edək ki, Kiprdə Böyük Britaniyaya məxsus Akrotiri hərbi hava bazası fəaliyyət göstərir. Rəsmi London vəziyyəti yaxından izlədiyini bəyan edib.
Oxşar xəbərlər
Hindistanda turist qayığı qəzaya uğrayıb: Ölən və yaralananlar var
Hindistanın Qucarat ştatındakı Narmada çayında turist qayığının qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub, 15 nəfər itkin düşüb. BAKU.WS Oxu.Az-a istina...