İran İsrailə məxsus daha bir PUA-nı vurub
03
mar
2026
22:12
İran ərazisi üzərində İsrailə məxsus pilotsuz uçuş aparatı vurulub.
BAKU.WS xəbər verir ki, söhbət "Hermes 900" tipli kəşfiyyat-zərbə PUA-sından gedir.
Bildirilir ki, aparat idarəolunan raketlərlə təchiz olunmuş vəziyyətdə olub.
Hadisənin hansı bölgədə baş verdiyi və PUA-nın hansı sistem vasitəsilə vurulduğu açıqlamayıb.
Qeyd edək ki, "Hermes 900" orta və yüksək hündürlükdə uzun müddət havada qala bilən, həm kəşfiyyat, həm də zərbə əməliyyatları üçün istifadə olunan müasir pilotsuz uçuş aparatıdır.
Qalereya
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə U...