İran Hörmüz boğazının açılması ilə bağlı xəbərləri təkzib etdi

İran Hörmüz boğazının açılması ilə bağlı xəbərləri təkzib etdi
Dünya 8

İran Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı hər hansı razılaşmanın əldə olunmadığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Fars" agentliyi İranın danışıqlar qrupundakı mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Tehranın Qətər vasitəçilərinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təklifini qəbul etməsi barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, boğazdan gəmiçiliyin yenidən bərpa olunması ilə bağlı heç bir razılaşma əldə edilməyib və bu barədə yayılan məlumatlar yanlışdır.

İranlı mənbə vurğulayıb ki, ABŞ "düşmənçilik hərəkətlərini davam etdirdiyi" müddətdə Hörmüz boğazı bağlı qalacaq.

Qeyd edək ki, bundan əvvəl İsrailin N12 telekanalı ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan genişmiqyaslı zərbələri İranın xarici işlər naziri Abbas Əraqçinin Qətər vasitəçilərinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı kompromis təklifini qəbul etməsindən sonra dayandırmağa razılaşdığını iddia etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər