İran Fars körfəzində ABŞ-yə məxsus tankerə hücum etdi
İran Fars körfəzində ABŞ-yə məxsus tankerə hücum edib.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Qeyd edilib ki, İran Fars körfəzində Marşal adaları bayrağı altında üzən "Safe Sia" tankerinə hücum edib.
"Bu gün ABŞ-yə məxsus, Marşal adaları bayrağı altında üzən "Safe Sia" tankeri Fars körfəzinin şimalında atəşə tutulub"- deyə bəyanatada bildirilib.
Tankerin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı üçün hücuma məruz qaldığı iddia edilir.
Xatırladaq ki, bu gün İranın Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verdiyi bildirilib.
İran, Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar və İran xarici işlər naziri Abbas Əraqçi arasında aparılan danışıqlardan sonra bəzi gəmilər üçün məhdudiyyətləri yumşaltmaq qərarına gəlib.
Oxşar xəbərlər
BMT: Müharibə nəticəsində İranda 3,2 milyon insan didərgin düşüb
Müharibə nəticəsində İranda 3 milyon insan didərgin düşüb. BAKU.WS "The Times of Israel"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının...