İran Ərbildəki ABŞ hərbi infrastrukturunu demək olar ki, tamamilə sıradan çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi obyektlərinə endirilən zərbələrin ciddi nəticələr verdiyini iddia edib.
BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, ölkə ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib ki, hədəfə alınan Amerika hərbi infrastrukturunun böyük hissəsi artıq fəaliyyət qabiliyyətini itirib.
Onun sözlərinə görə, Ərbildə yerləşən ABŞ hərbi obyektləri demək olar ki, tamamilə məhv edilib və bazaların əhəmiyyətli hissəsi effektiv əməliyyat imkanlarını itirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Daha sonra iyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalansa da, iyulun 8-də ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri yenidən bərpa edib. Buna cavab olaraq İran da ABŞ-nin regiondakı hərbi obyektlərini hədəfə almağa başlayıb.
Oxşar xəbərlər
Antalyada güclü leysan yağışları selə səbəb oldu
Antalyada güclü leysan yağışları nəticəsində sel yaranıb. BAKU.WS xəbər verir ki, xüsusilə Demre rayonunda təsirini artıran sərt hava şəraiti əhaliyə və təsərr...