İran Çindən gəmi əleyhinə səsdən sürətli raketlər alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İran Çin ilə CM-302 gəmi əleyhinə qanadlı raketlərin alınmasına dair saziş bağlamağa yaxındır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki ölkə arasındakı danışıqlardan xəbərdar olan altı mənbəyə istinadən məlumat yayıb.
Təxminən 290 km mənzilə malik raketlər aşağı hündürlükdə uçuş və yüksək sürət hesabına gəmilərin müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub. Ekspertlərin fikrincə, onların yerləşdirilməsi İranın zərbə imkanlarını gücləndirəcək və regiondakı ABŞ Hərbi Dəniz Qüvvələri üçün əlavə risklər yaradacaq.
"İranın müttəfiqləri ilə hərbi və təhlükəsizlik sahəsində sazişləri, razılaşmaları var və indi onlardan yararlanmaq üçün uyğun vaxtdır", - deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi agentliyə bildirib.
Çin Xarici İşlər Nazirliyi "Reuters"ə bildirib ki, danışıqlar barədə məlumata malik deyil. Çin Müdafiə Nazirliyi də həmçinin şərh verməyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...