İran ABŞ və İsrail zərbələrinin nəticələrini əks etdirən fotolara görə vətəndaşları sərt tədbirlərlə hədələyib
İranın Kəşfiyyat Nazirliyi internetdə ABŞ və İsrail zərbələri nəticəsində zərər çəkmiş obyektlərin foto və video yazılarını yayan vətəndaşlara qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, vurulmuş obyektləri çəkən və materialları yayımlayan vətəndaşlar ölkə daxilində "beşinci kolon" kimi fəaliyyət göstərən "muzdlular" və "İsrail əsgərləri" kimi dəyərləndirə bilərlər.
Qeyd edilib ki, bu cür hərəkətləri izləyən və bu işdə əli olanları məsuliyyətə cəlb edəcək.
"Onlar 2025-ci ilin iyununda ABŞ və İsraillə 12 günlük müharibədən sonra sərt cəzaları nəzərdə tutan düzəlişlərin edildiyi qanuna uyğun olaraq sərt şəkildə cəzalandırılacaqlar", - Nazirlikdən bildirilib.
Bundan əlavə, vətəndaşlar zərbə endirilən yerlərdən foto və video materialların yayılması halları barədə hakimiyyət orqanlarını məlumatlandırmağa çağırılıb.
Oxşar xəbərlər
İsrail ordusu Tehranda 16 təyyarəni məhv edib
İsrail Hərbi Hava Qüvvələri Tehranın Mehrabad hava limanında "Qüds" qüvvələrinin 16 təyyarəsini məhv edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bəyanata g...