İran ABŞ-nin Bağdaddakı səfirliyinə gecə boyu zərbələr endirib
İran ordusu İraqın paytaxtı Bağdad şəhərində yerləşən ABŞ səfirliyinə gecə boyu hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Glenn Diesen sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, ABŞ-nin Bağdaddakı səfirliyi dünyada ən böyük diplomatik nümayəndəlikdir və sahəsi təxminən 42 hektardır.
"ABŞ səfirliyinə bütün gecə ərzində zərbələr endirilib. Bu, dünyada ən böyük səfirlikdir və İraqa müdaxilədən sonra regionda hərbi gücün əsas mərkəzlərindən biri olub", – deyə o qeyd edib.
Bundan əvvəl Qırımızı dəniz akvatoriyasında yerləşən "USS Gerald R. Ford" aviadaşıyıcısında yanğın baş verdiyi bildirilmişdi. Məlumata görə, yanğının səbəbi döyüş əməliyyatları ilə bağlı olmayıb, hadisə lokallaşdırılıb və gəminin enerji qurğularına ziyan dəyməyib.
WATCH: Explosion as US Embassy in Baghdad, Iraq hit by drone https://t.co/yXSevv5ell pic.twitter.com/Ixb8tEeDfM
— Rapid Report (@RapidReport2025) March 17, 2026
Oxşar xəbərlər
Tatarıstan sakini astroloqa qulaq asdı, 50 milyon rubl qazandı
Tatarıstan sakini Oleq B. astrologun maliyyə uğuru barədə proqnozunu televiziyada eşidəndən sonra lotereyada 50 milyon rubl qazanıb. Bu barədə BAKU.WS "Stoloto"...