İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür
ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir əsas yoxdur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın birpalatalı parlamentinin (Məclisin) sədri Məhəmməd Baqir Qalibafın İran xalqına müraciətində deyilir.
"ABŞ-la qarşılıqlı anlaşma memorandumu o zaman məna kəsb edir ki, onun müddəaları yerinə yetirilsin. Əgər İran bu qarşılıqlı anlaşma memorandumundan fayda əldə etmirsə, belə bir razılaşmaya əməl etməyimiz üçün heç bir əsas yoxdur", - deyə Qalibafın Telegram kanalında yayımlanan müraciətində bildirilir.
O, vurğulayıb ki, İran Silahlı Qüvvələri "düşmənin təcavüzünə qarşı çıxmaq üçün tam hərəkət azadlığına malikdir".
Oxşar xəbərlər
Rusiyada miqrantları telefon almağa məcbur edəcəklər
Rusiyaya uzun müddətə, o cümlədən əmək fəaliyyəti üçün gələn xarici vətəndaşların mobil telefon alması məcburi edilə bilər. BAKU.WS Oxu.Az-a istinadən xəbər ver...