İran ABŞ-ın F-18 qırıcı təyyarəsini vurduğunu iddia edir
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus F-18 tipli qırıcı təyyarəni vurduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, qurumun yaydığı məlumata görə, iddia edilən təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Bununla bağlı görüntülərin də yayımlandığı bildirilir.
İran dövlət televiziyası isə təyyarənin Sistan və Bəlucistan əyalətinə bağlı Çabahar şəhəri üzərində vurulduğunu və Hind okeanına düşdüyünü iddia edib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd olunur ki, məlumatlar hələlik yalnız İran tərəfinin iddialarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...