İran ABŞ ilə danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtlər irəli sürüb.
BAKU.WS xəbər verir ki, bu barədə Livanın "Əl-Mayadeen" televiziya kanalı məlumat yayıb.
Qeyd edilib ki, İran vasitəçiliklə əldə edilən atəşkəs təşəbbüslərini rədd edir və ABŞ ilə danışıqlar üçün öz şərtlərini irəli sürür.
"İran atəşkəslə bağlı bütün vasitəçilik təşəbbüslərini rədd edir, çünki şərtləri var və real zəmanətlər istəyir" -deyə məlumatda bildirilib.
Eyni zamanda qeyd edilib ki, İran vasitəçilərin hazırkı təkliflərini qeyri-kafi hesab edir və daha aydın öhdəliklərdə israr etdiyi üçün o təklifləri rədd edir.
Xüsusilə, rəsmi Tehran ABŞ-dən gələcəkdə təcavüzkarlığa qarşı zəmanət, kompensasiya ödənilməsi və İranın nüvə enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsini həyata keçirə biləcəyinə dair razılıq tələb edir.
Xatırladaq ki, ötən gün isə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam Respublikasının yeni ali lideri Müctəba Xameneinin rəhbərliyi altında Tehranın Vaşinqtonla danışıqlar aparması məsələsinə baxılması ehtimalı azdır.
Elə həmin gün xarici işlər nazirinin müavini Kazem Qərib Abadi Rusiya, Çin və Fransa da daxil olmaqla bir neçə ölkənin atəşkəs barədə ölkəyə müraciət etdiyini açıqladı .
O, rəsmi Tehranın atəşkəs üçün ilk şərtinin təcavüzün təkrarlanmayacağına zəmanət olduğunu vurğuladı.
Oxşar xəbərlər
Fransa Livana humanitar yardımı 3 dəfə artırdı - 60 min ton humanitar yardım göndəriləcək
Fransa Livana 60 min ton humanitar yardım göndərəcək. BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Fransanın Avropa və xarici işlər nazir...