İran ABŞ-dən kənd təsərrüfatı məhsulları alacaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla davam edən sülh danışıqları çərçivəsində Tehran ABŞ-dən kənd təsərrüfatı məhsulları alacaq.
BAKU.WS xəbər verir ki, Tramp CNBC telekanalına açıqlamasında İranın qarğıdalı, buğda və soya kimi məhsullara ehtiyacı olduğunu deyərək, bu məhsulların ABŞ fermerlərindən alınacağını bildirib.
O, həmçinin danışıqlarda irəliləyiş əldə olunduğunu və İranın ABŞ-nin irəli sürdüyü şərtlərin böyük hissəsini qəbul etməyə yaxın olduğunu iddia edib.
Bununla yanaşı, İran Mərkəzi Bankının rəhbəri Əbdünnasir Himməti "Tasnim" agentliyinə açıqlamasında ölkəsinin ABŞ-dən kənd təsərrüfatı məhsulları almaq öhdəliyinin olmadığını vurğulayıb.
Tramp, həmçinin İrana qarşı hərbi əməliyyatların nüvə silahlarının qarşısını almaq məqsədi daşıdığını bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...