İngiltərədə futbolçu meydançada dünyasını dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərədə yeniyetmə futbolçu meydançada dünyasını dəyişib.
BAKU.WS xarici KİV-ə istinadn xəbər verir ki, hadisə qadın komandaları arasında keçirilən qarşılaşma zamanı qeydə alınıb.
Belə ki, "Oxford United Women" ilə "Fulham Women" arasında baş tutan oyunda ev sahiblərinin 15 yaşlı futbolçusu Ameliya Aplin qəfil huşunu itirib.
Meydançaya dərhal tibbi briqada dəvət olunsa da, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Qarşılaşma dayandırılıb.
"Oksford Yunayted" klubunun yaydığı rəsmi açıqlamada bildirilib ki, bu ağır itki ilə bağlı Ameliyanın ailəsinə, komanda yoldaşlarına, məşqçilərə və klub əməkdaşlarına psixoloji və təşkilati dəstək göstəriləcək.
Hadisənin səbəbi ilə bağlı araşdırma aparıldığı qeyd olunur.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...