İlon Mask X-i satdı - 33 millyard
Amerikalı milyarder, "X" sosial media platformasının sahibi İlon Mask gözlənilməz qərarla şirkətini süni intellekt startapı olan xAI-yə satdığını elan edib.
BAKU.WS xəbər verir ki, 33 milyard dollarlıq bu razılaşma "X" və xAI-nin gələcək inkişaf perspektivlərini birləşdirmək məqsədi daşıyır.
İlon Mask satışla bağlı açıqlamasında bildirib: "xAI və X bir-biri ilə sıx əlaqəlidir. Bu addım süni intellekt imkanlarının genişlənməsinə və daha güclü inteqrasiyaya şərait yaradacaq".
Qeyd edək ki, xAI Maskın süni intellekt sahəsindəki iddialı layihələrindən biri hesab olunur. Bu birləşmə X-in gələcək inkişafına hansı təsirləri göstərəcək, zaman göstərəcək.
Oxşar xəbərlər
SEPAH generalı Əli Məhəmməd Naeini öldürülüb
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini cümə günü ölüb. BAKU.WS xəbər verir ki, o ABŞ və İsrailin İslam Respublikasının...