İlon Mask Ağ Ev yaxınlığında ofis əldə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı milyarder İlon Mask Ağ Ev yaxınlığındakı kompleksdə yerləşən ofisi istifadəsinə alacaq.
BAKU.WS xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Cənab Mask üçün nəzərdə tutulmuş ofis Ağ Evin yanında yerləşən Eyzenhauer inzibati binasında yerləşir," - deyə məlumatda bildirilir.
Həmçinin, Maskın ABŞ prezidentinin kabinetinin yerləşdiyi Ağ Evin qərb qanadına xüsusi giriş icazəsi alıb-almayacağını hökumət rəsmilərindən soruşduğu, lakin cavab almadığı qeyd edilir.
Milyarderə şəxsi ofis verilməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Dövlət Effektivliyi Departamentinə (DOGE) rəhbərlik etməsi ilə bağlıdır. Bu departamentə Mask ilə keçmiş prezidentliyə namizəd Vivek Ramasvami birlikdə rəhbərlik edəcək.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...