İki avtomobil nəhənginin əməkdaşlığı sona çatır
Renault və Nissan arasında illərdir davam edən əməkdaşlıq sona yaxınlaşır.
BAKU.WS xəbər verir ki, Yaponiyanın avtomobil nəhəngi Nissan, Renault şirkətinin İdarə Heyətinin sədri Jan-Dominik Senarın 2025-ci ilin iyun ayında şirkətin Direktorlar Şurasından ayrılacağını açıqlayıb. Bildirilir ki, bu qərarın əsas səbəbi Nissan-ın maliyyə göstəricilərindəki pisləşmə olub.
USNews-un məlumatına görə, Senarla yanaşı, fransız brendinin daha bir nümayəndəsi – Pyer Flörio da Direktorlar Şurasından çıxacaq. Bu addım Renault-nun artıq Yapon tərəfdaşının idarəetməsində iştirak etməyəcəyini və bunun nəticəsində uzun illər davam edən əməkdaşlıq münasibətlərinin sona çatacağını göstərir.
Qeyd edək ki, mart ayında Renault-un Çinli Geely şirkəti ilə əməkdaşlığı genişləndirmək istədiyi, bu səbəbdən Nissan ilə əlaqələri zəiflətməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.
Oxşar xəbərlər
Xameneinin müşaviri: İrana qarşı istənilən təcavüzə dərhal və sərt cavab veriləcək
İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bəyan edib ki, İrana qarşı hər hansı təcavüz sərt və dərhal cavabla n...