İbrahim Tatlısesin əkiz nəvələri bu xəstəlikdən əziyyət çəkir
Müğənni İbrahim Tatlısesin əkiz nəvələrinin xəstəliyi açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tatlısesin model gəlini Yasemin Şefkatli bildirib.
O qeyd edib ki, İbrahim Ayel və Sinan Emir göz yaşı kanal tıxanıqlığı xəstəliyindən əziyyət çəkir.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkədə izləyicilərdən biri Tatlısesin əkiz nəvələri barədə "Bu uşaqlar çox çirkindir" sözlərini söyləyib. Bu da Yaseminin sərt reaksiyasına səbəb olub.
Məlumat üçün bildirək ki, İbrahim Ayel və Sinan Emir 2022-ci ildə dünyaya gəliblər. Onlar İbrahim Tatlısesin Derya Tunadan olan oğlu İdonun övladlarıdır.
Oxşar xəbərlər
Cənubi Koreyada robot buddizmə "qəbul edildi"
Seuldə yerləşən Jogye məbədində "Gabi" adlı robot buddizmə bağlılıq andı içərək diqqət çəkən hadisəyə səbəb olub. BAKU.WS xarici mediaya istinadən xəbər verir...