Husilər Yəmənin iki şəhərinə zərbələr endirib: ölən və yaralananlar var
Yəməndə gərginliyin artması fonunda husilər Moha və Marib şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
BAKU.WS "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, hücumlar nəticəsində ümumilikdə 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bazar günü gecə Mohanın ətrafına zərbələr endirilib. Hücumlardan biri şəhərin əsas yoluna ciddi ziyan vurub. Nəticədə 4 nəfər həyatını itirib, 8 nəfər xəsarət alıb.
Bundan əvvəl, şənbə günü axşam saatlarında Maribdə yaşayış məntəqələri də hədəfə alınıb. Husilər şəhərə 6 ballistik raket və 4 pilotsuz uçuş aparatı göndərib. Hücumlar nəticəsində bir sıra evlərə və mülki infrastruktura ziyan dəyib, 4 nəfər yaralanıb.
Qeyd edək ki, bundan əvvəl Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində "Ənsar Allah" hərəkatının husi silahlılarına məxsus obyektlərə qarşı 181 hərbi əməliyyat keçirildiyini açıqlayıb.
Oxşar xəbərlər
Türkiyədə meşə yanğınları ilə bağlı 43 şübhəli müəyyənləşdirilib
Türkiyədə iyunun 1-dən etibarən baş verən meşə yanğınları ilə bağlı 43 nəfər şübhəli müəyyənləşdirilib. Onlardan 11-i həbs olunub. BAKU.WS ANKA-ya istinadən xəb...