Husilər Təl-Əviv yaxınlığına raket zərbəsi endirdilər
24
dek
2024
20:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Təl-Əviv yaxınlığındakı hərbi obyektə raket zərbəsi endiriblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu qiyamçıların nümayəndəsi Yəhya Səriya husilərə məxsus "Əl Məsirə" telekanalının efirində bildirib.
Daha əvvəl İsrail ordusu Yəməndən atılan raketin ölkənin hava məkanına daxil olmadan əvvəl tutulduğunu qeyd edib. Təl-Əvivdə hava hücumu xəbərdarlığının elan edilməsindən sonra 20-yə yaxın sakin yaralanıb. Onlar sığınacaqlara qaçarkən xəsarət alıblar.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...