Hörmüzdə fransız gəmisinə hücum: yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazı ərazisində fransız yük gəmisinə hücum edildiyi bildirilir.
BAKU.WS xəbər verir ki, CMA CGM şirkətinə məxsus "San Antonio" adlı gəmi boğazdan keçərkən hədəfə alınıb. Hadisə nəticəsində gəmidə ciddi ziyan yaranıb, ekipaj üzvləri arasında yaralananlar var.
Şirkətin açıqlamasında bildirilib ki, hücumdan sonra yaralıların təxliyəsi həyata keçirilib və onlar tibbi yardım alıblar.
Hadisənin detalları və hücumu kimin törətdiyi hələlik açıqlanmayıb.
Qeyd olunur ki, ABŞ və İran arasında bölgədə artan qarşıdurma fonunda Hörmüz boğazında təhlükəsizlik riskləri daha da yüksəlib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...