Hörmüz boğazının blokadasından əsas zərər çəkənlər açıqlandı

Hörmüz boğazının blokadasından əsas zərər çəkənlər açıqlandı
Dünya 49

Hörmüz boğazının blokadasından əsas zərər çəkənlər açıqlanıb.

BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Agentliyin hesabatına görə, Çin və Hindistan İranın Hörmüz boğazını blokada etməsi səbəbindən Yaxın Şərq neft tədarükündə baş verən genişmiqyaslı fasilələrdən əsas zərər çəkənlərdir.

Bu Asiya ölkələri Hörmüz boğazından daşınan Yaxın Şərq xam neftinin əsas alıcılarıdır. Bu yaxınlara qədər bütün regional neft ixracının üçdə birindən çoxu (37 faizi və ya gündə 5,2 milyon bareldən çox) Çinə, 14 faizi (2,1 milyon) Hindistana və hər birinin daha 12 faizi Cənubi Koreya və Yaponiyaya (hər biri 1,7 milyon) gedirdi.

Regiondan neft tədarükündə ciddi fasilələr nəticəsində adı çəkilən ölkələr daxili bazarlarında yanacaq böhranı ilə üzləşə bilərlər. Hindistan artıq yemək bişirmək üçün istifadə olunan mayeləşdirilmiş neft qazı çatışmazlığı ilə üzləşərək ciddi problemlərlə üzləşib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) qeyd etdiyi kimi, bütün bunlar nəticədə Asiya-Sakit Okean regionu ölkələri üçün yanacaq şokuna səbəb ola bilər.

Agentliyin məlumatına görə, Hörmüz boğazından keçən bütün neft axınlarının 90 faizi Süveyş kanalının şərqinə yönəldilib.

Ekspertlər belə qənaətə gəliblər ki, bu axınların itirilməsi Asiyada təchizat şoku yaradacaq.

Son xəbərlər