Hörmüz boğazı ilə bağlı ABŞ-İran razılaşmasının ilkin layihəsi hazırlanıb

Hörmüz boğazı ilə bağlı ABŞ-İran razılaşmasının ilkin layihəsi hazırlanıb
Dünya 6

İran dövlət televiziyası Tehran və Vaşinqton arasında hazırlanan qeyri-rəsmi ilkin razılaşma layihəsinin əldə olunduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, "İslamabad Memorandumu" adlandırılan sənəd hələ yekun təsdiqlənməyib. Bildirilib ki, İran konkret təminat olmadan heç bir addım atmayacaq.

Layihəyə əsasən, İran bir ay ərzində Hörmüz boğazındakı ticarət gəmilərinin hərəkətini müharibədən əvvəlki səviyyəyə qaytarmağı öhdəsinə götürür. Gəmi marşrutlarının idarə olunmasının isə İran və Oman əməkdaşlığı çərçivəsində həyata keçiriləcəyi qeyd olunub.

İran mediası hərbi gəmilərin bu razılaşmaya daxil edilmədiyini bildirib.

Sənəddə həmçinin ABŞ-nin İran ətrafındakı hərbi qüvvələrini geri çəkəcəyi və dəniz blokadasını aradan qaldıracağı iddia olunur.

Bununla yanaşı, İranın baş danışıqlarçısı Məhəmməd Baqir Qalibafın Dohada Qətər rəsmiləri ilə görüşlər keçirdikdən sonra ölkəyə qayıtdığı açıqlanıb.

Məlumata görə, yekun razılaşma 60 gün ərzində əldə olunarsa, sənəd BMT Təhlükəsizlik Şurasının qərarı kimi təsdiqlənə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər