Hollandiyada süni intellektə görə nikah etibarsız sayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Hollandiyada məhkəmə nikah mərasimində süni intellekt tərəfindən hazırlanmış çıxışdan istifadə edildiyi üçün evliliyi etibarsız hesab edib. Qərara səbəb nikah zamanı qanunla tələb olunan rəsmi bəyanların səsləndirilməməsi olub.
BAKU.WS xəbər verir ki, Zwolle şəhərində 19 aprel 2025-ci ildə keçirilən nikah mərasimində bir günlük səlahiyyətlə təyin olunan nikah məmuru cütlüyün istəyi ilə çıxışı süni intellekt vasitəsilə hazırlayıb. Məhkəmənin 6 yanvar tarixli qərarında qeyd olunub ki, bu çıxışda Hollandiyanın Mülki Məcəlləsində nəzərdə tutulan məcburi hüquqi ifadələr yer almayıb.
Məhkəmə həmçinin bildirib ki, mərasimdə bələdiyyənin rəsmi nikah məmuru da iştirak etsə də, prosesə müdaxilə etməyib. Cütlük baş verənlərin onların məsuliyyəti olmadığını əsas gətirərək nikahın etibarlı sayılmasını istəsə də, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxmağın mümkün olmadığını vurğulayıb.
Qərara əsasən, Hollandiyada nikaha daxil olan şəxslər nikah rəsmisi və şahidlər qarşısında bir-birlərini rəsmi şəkildə həyat yoldaşı kimi qəbul etdiklərini və evliliyin hüquqi öhdəliklərini yerinə yetirəcəklərini açıq bəyan etməlidirlər. Bu şərtin pozulması nikahın etibarsız sayılmasına səbəb olur.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...