Hindistanda "Tejas" qırıcısı qəzaya uğradı
22
fev
2026
23:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda "Tejas Light Combat Aircraft" (LCA) tipli hərbi təyyarə qəzaya düşüb.
BAKU.WS-in məlumatına görə, bu barədə "The Economic Times" nəşri mənbələrə istinadən xəbər yayıb.
Bildirilir ki, hadisə ayın əvvəlində hərbi aviabazalardan birində baş verib. Qırıcı təlim uçuşunu başa vurduqdan sonra eniş zamanı qəza ilə üzləşib.
Məlumata əsasən, təyyarə ciddi zədələnib və onun istismardan çıxarılması ehtimal olunur. Pilot ağır xəsarət alsa da, sağ qalmağı bacarıb. Hadisənin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...