Hindistanda sərnişin təyyarəsi qəzaya uğradı: 242 nəfər ölüb

Hindistanda sərnişin təyyarəsi qəzaya uğradı: 242 nəfər ölüb
Video
Dünya 810

Hindistanda qəzaya uğrayan "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə "Ntws 18" telekanalı məlumat yayıb.

Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri var.

İlkin məlumatlara görə, hava gəmisi quşla toqquşub və uçuş üçün optimal sürətə çata bilməyib.

***14:39

Hindistanda "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat yayıb.

***14:30

Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

***13:38

Hindistanda təyyarə qəzası nəticəsində 30 nəfər həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə "News18" telekanalı məlumat yayıb.

***13:01

Hindistanın Əhmədabad hava limanında təyyarə qəzaya uğrayıb. 

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən video yayılıb.

Məlumata görə, "Air İndia" aviaşirkətinə məxsus təyyarə Londona uçurmuş, lakin havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Təyyarədə 133 sərnişinin olduğu bildirilir. 

Son xəbərlər